Meksikada bir gündə 7 mindən çox yoluxma olub

  14 Avqust 2020    Oxunub : 1573
Meksikada bir gündə 7 mindən çox yoluxma olub
Meksikada koronavirus (COVID-19) infeksiyasına 7371 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 627 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 505 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Müalicə alan 341 507 nəfər sağalıb, 55 293 pasiyent vəfat edib.

Hazırda aktiv xəstə sayı 108 951 nəfərdir.

Azvision.az

Teqlər: Meksika