Əfqanıstan hökuməti 400 talibançını azad edir

Əfqanıstan hökuməti 400 talibançını azad edir
  14 Avqust 2020    Oxunub:2355
Əfqanıstan hökuməti "Taliban" hərəkatının 400 üzvünün həbsdən azad edilməsi prosesinə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" agentliyi prezident sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Əfqanıstan Prezidenti Əşrəf Qaninin 400 "Taliban"çının azad edilməsi ilə bağlı sərəncam imzalayacağı gözlənilir.

Milli Təhlükəsizlik Şurasının ofisindən verilən məlumata görə, artıq 80 nəfər bir gün əvvəl sərbəst buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti