“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirdi

  14 Avqust 2020    Oxunub : 7957
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirdi
2020-2021-ci il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. İyirmi üç yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyunda 4 qol vurub. 2019-2020-ci il mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib.

“Zeta”nın heyətində avrokuboklarda çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

Azvision.az

Teqlər: Qəbələ   Futbol   Klub