Dövlət büdcəsində kəsir yaranıb

Dövlət büdcəsində kəsir yaranıb
  14 Avqust 2020    Oxunub:3534
Cari ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 960,2 milyon manat, xərcləri isə 14 142,6 milyon manat təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 11,4%, xərcləri isə 7,9% artıb. Hesabat dövründə dövlət büdcəsində 182,4 milyon manatlıq və ya ÜDM-in 0,5%-i qədər kəsir yaranıb.

Azvision.az


Teqlər: Büdcə   Statistika  





Xəbər lenti