“Azərkosmos” “iSAT Africa” ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” “iSAT Africa” ilə əməkdaşlığa başlayıb
  14 Avqust 2020    Oxunub:3778
“Azərkosmos” ASC Afrika və Yaxın Şərq regionunda korporativ yayım, video və data xidmətləri təmin edən “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb.
ASC-dən Azvision.az -a verilən məlumata görə, əməkdaşlığa əsasən “iSAT Africa” şirkəti Afrikanın müxtəlif bölgələrində telekommunikasiyaya artan tələbatı “Azerscpace-2” peykinin resursları vasitəsilə təmin edəcək.

“iSAT Africa” “Azerspace-2” peykinin imkanlarından istifadə etməklə Afrika regionunun 90%-nə data xidmətləri ilə yanaşı, müxtəlif yerüstü peyk həlləri də təqdim edəcək.

Azvision.az


Teqlər: Azərkosmos  





Xəbər lenti