“Bavariya” “Barselona”nı 8 qolla darmadağın etdi

“Bavariya” “Barselona”nı 8 qolla darmadağın etdi
  15 Avqust 2020    Oxunub:11188
Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün əsas qarşılaşmasında "Barselona" və "Bavariya" komandaları üz-üzə gəlib.

Lissabonun “Estadio da Luz” stadionunda keçirilən görüş Almaniya klubunun 8:2 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona"nı darmadağın edən "Bavariya" yarımfinala yüksəlib. Münhen təmsilçisi yarımfinalda "Mançester Siti" - "Lion" cütünün qalibi ilə qarşılaşacaq.

Azvision.az


Teqlər: Barselona   Bavariya  





Xəbər lenti