BMT ABŞ-ın İrana qarşı qətnaməsini qəbul etmədi

BMT ABŞ-ın İrana qarşı qətnaməsini qəbul etmədi
  15 Avqust 2020    Oxunub:2671
BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah satışına dair embarqonu uzatmaq barədə qətnaməsini rədd edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

"BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyır. Bu gün o, əsas missiyasını yerinə yetirə bilmədi. 13 ildir mövcud olan İrana qarşı silah embarqosunun uzadılması ilə əlaqəli qərarı rədd etdi və dünyada terrorizmin əsas sponsoru üçün şərait yaratdı ki, BMT-nin xüsusi məhdudiyyətləri olmadan silahlar alıb, satsın”, - deyə Pompeo əlavə edib.

Onun sözlərinə görə, ABŞ İrana silah satışına mane olmaq üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, ABŞ və Dominikan Respublikası qətnamə layihəsini dəstəkləyib, Rusiya və Çin isə buna qarşı çıxıb, 11 dövlət bitərəf qalıb.

İrana silah tədarükünə qoyulan məhdudiyyətlər 18 oktyabr 2020-ci ildə başa çatır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti