Ermənistanda koronavirusdan ölüm sayı 817-yə çatdı

  15 Avqust 2020    Oxunub : 2315
Ermənistanda koronavirusdan ölüm sayı 817-yə çatdı
Ermənistanda son sutka ərzində daha 196 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 495 nəfərə çatıb.

Son sutkada 3 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 817 nəfər olub.

İndiyədək 34 484 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 242 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan