Məktəblər nə vaxt açılacaq?

  Məktəblər nə vaxt açılacaq?
  15 Avqust 2020    Oxunub:12124
“Təhsil müəssisələrinin açılması məsələsi araşdırılır və öyrənilir”.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ictimai müzakirələr çərçivəsində bu məsələ kompleks şəkildə müzakirə olunur:

“Elmi əsaslara söykənərək araşdırılır, fikirlər mövcuddur. Yekdil qərar barədə daşımaq hələ tezdir. Çox sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən forumlarda valideynlərin, ekspertlərin iştirakı ilə bu məsələ müzakirə edilir.

Burada peşə məktəbləri, orta məktəblər, ali təhsil müəssisələri ilə bağlı qaydalar tətbiq olunmalıdır. Digər ölkələrdə də bu məsələ ciddi müzakirə edilir. Hətta bəzi ölkələrdə məktəblərin bir qədər gec açılması məsələsi də müzakirə olunur”.

Azvision.az


Teqlər: Məktəb   təhsil  





Xəbər lenti