Ukraynada yoluxma sayı 90 minə çatır

Ukraynada yoluxma sayı 90 minə çatır
  15 Avqust 2020    Oxunub:3099
Ukraynada son sutka ərzində 1847 nəfər COVID-19 virusuna yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 89 719 nəfərə çatıb. İndiyədək 47 430 xəstə sağalıb, 2044 nəfər isə koronavirusun qurbanı olub.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  





Xəbər lenti