İranda son sutkada 161 nəfər virusdan ölüb

İranda son sutkada 161 nəfər virusdan ölüb
  15 Avqust 2020    Oxunub:4122
İranda son sutka ərzində daha 161 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 19 492 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2245 nəfər artaraq 341 070-ə yüksəlib.

İndiyə qədər 295 630 xəstə sağalıb, 3911 nəfərin vəziyyəti ağırdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti