Fransa Azərbaycanlıları Koordinasiya Şurasına yeni əlaqələndiricilər seçildi

Fransa Azərbaycanlıları Koordinasiya Şurasına yeni əlaqələndiricilər seçildi
  15 Avqust 2020    Oxunub:4479
Fransada yaşayan azərbaycanlılarla videokonfrans keçirilib. Tədbirdə Fransada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, diaspor fəalları və ölkəmizin Fransadakı səfirliyinin səlahiyyətli şəxsləri iştirak edib.
Azvision.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov konfrans iştirakçılarını salamlayaraq Fransadakı diaspor üzvlərinin pandemiya dövründəki fəaliyyətini və Ermənistanın iyul təxribatları zamanı izdihamlı aksiyalar keçirmələrini müsbət qiymətləndirib. O, Koordinasiya Şuralarının, o cümlədən Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yaranmasının diaspor hərəkatına mütəşəkkillik və dinamika gətirdiyinə diqqəti cəlb edib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Qarabağ" məktəbinin və Azərbaycan–Fransa Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov Şuranın və Fransanın Nant şəhərində yerləşən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” Azərbaycan məktəbinin fəaliyyəti barədə hesabat verib.

Toplantı iştirakçıları görülən işləri müzakirə edib və gələcək planlar, yeni layihələr barədə təklif və rəylərini bildiriblər.

Komitə sədri Toğrul Zeynalovun əlaqələndirici kimi gördüyü işləri yüksək qiymətləndirib və onu təşəkkürnamə ilə təltif edib.

Videokonfrans iştirakcilarının təklifi ilə Günel Səfərova və Mehriban Ovçuyeva Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiriciləri seçilib.

Azvision.az


Teqlər: Fransa   Diaspor  





Xəbər lenti