Quba və Bərdədə Peşə Hazırlığı Mərkəzləri açılacaq

Quba və Bərdədə Peşə Hazırlığı Mərkəzləri açılacaq
  16 Avqust 2020    Oxunub:9228
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən Quba və Bərdə rayonlarında Peşə Hazırlığı Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılmasıdır.

Agentlik tərəfindən həmçinin mövcud peşə hazırlığı mərkəzlərinin maddi-texniki bazasını və idarəetmə sistemini təkmilləşdirilmək, peşə hazırlığı kurslarının beynəlxalq standartların tələb və şərtlərinə uyğun təşkil etmək hədəflənib. Həmçinin peşə hazırlığı prosesinin rəqəmsallaşdırılması, elektron dərslik və dərs vəsaitlərinin hazırlanması nəzərdə tutulub.

2030-cu ilədək DMA-nın nəzdində regional peşə hazırlığı mərkəzlərinin sayının 10-a çatdırılması planlaşdırılıb.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti