Tokioda 27 nəfər günvurmadan ölüb
Bildirilib ki, ölənlər 50 yaşdan yuxarı olan şəxslərdir. Onlardan 26-sı evdə ölmüş vəziyyətdə tapılıb.
Ümumilikdə, ay ərzində Tokioda anomal istilər nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Həkimlər vətəndaşlara kondisionerdən istifadə etməyi və tez-tez su içməyi məsləhət görür.
Şahanə Rəhimli
Azvision.az