`Forbes` ən çox qazanan basketbolşuları elan etdi

`Forbes` ən çox qazanan basketbolşuları elan etdi
  24 Yanvar 2014    Oxunub:1404
“Forbes” Milli Basketbol Assosiasiyasının ən yüksək maaşlı oyunçusunun adını elan edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Los-Anceles Leykers” klubunun lideri Kobe Brayant Milli Basketbol Assosiasiyasının (MBA) ən yüksək maaşlı oyunçusu, “Nyu-York Niks” isə liqanın ən bahalı klubu elan edilib.

35 yaşlı Brayantın ümumi gəliri 64,5 milyon dollardır. Bunun 30,5 milyon dolları onun “Leykers”dəki əmək haqqı, 34 milyon dolları isə müxtəlif şirkətlərlə əməkdaşlıqdan əldə etdiyi mənfəətdir.
Ən yüksək maaşlı üçlüyə “Mayami Hit”dən Lebron Ceyms (61,1 milyon dollar) və “Çikaqo Bullz”dan Derrik Rouz (38,6 milyon dollar) da daxildirlər.

“Nyu-York Niks” ikinci ildir ki, MBA-nın ən bahalı komandası elan edilir. KİV-lərin hesablamalarına görə, klubun dəyəri keçən ilin müvafiq dövründəkinə nisbətən 27 faiz artmışdır və 1,4 milyard dollar təşkil edir.

Ən bahalı üçlüyə “Leykers” (1,34 milyard dollar) və “Çikaqo” (1 milyard dollar) klubları da daxildir. Rusiya biznesmeni Mixail Proxorovun “Bruklin Nets” klubu beşincidir (780 milyon dollar).


Teqlər:





Xəbər lenti