Mağaza və kabel oğruları yaxalandı

Mağaza və kabel oğruları yaxalandı
  24 Yanvar 2014    Oxunub:1255
Mağazadan ərzaq məhsulları oğurlamış dəstənin üzvləri yaxalandı.
Sabunçu rayonun Zabrat qəsəbəsində paytaxt sakini Əli İbrahimova məxsus mağazadan ərzaq məhsulları oğurlanıb.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Südabə Nadirova, əvvəllər məhkum olunan Şəriyfə Nadirova, əvvəllər məhkum olunan Eldar Əliyev və Çingiz Nadirov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Nizami rayonunda Hüseyn Vəliyevə məxsus mağazadan pul və ərzaq məhsulları oğurlanıb.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri oğurluğu törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Əziz Zaxarov tutulub.

Sumqayıtdakı 1-ci məhəllədə şəhər elektrik şəbəkəsinə məxsus 300 metr elektrik kabeli oğurlanıb.

Oğurluğu törədən şəhər sakini Roman Amuranov şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti