Braziliyada COVID-19-dan daha 684 nəfər ölüb

Braziliyada COVID-19-dan daha 684 nəfər ölüb
  18 Avqust 2020    Oxunub:2512
Braziliyada son 24 saat ərzində 684 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 108 536-ya yüksəlib. Yoluxma sayı 19 373 nəfər artaraq 3 359 570-ə çatıb. İndiyədək 2 478 494 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya  



Xəbər lenti