Mali ordusu ölkədə qiyam qaldırdı
Xüsusi xidmət orqanlarındakı mənbə hərbçilərin əlinə silah götürdüklərini və üsyanın olduğunu deyib.
"Səfirlik silahlı qüvvələrdəki qiyam və qoşunların Bamakoya istiqamətlənməsi barədə məlumat alıb. Norveçlilər diqqətli olmalı və vəziyyət düzələnə qədər evdə qalmalıdırlar", - deyə agentlik səfirliyə istinadən bildirib.
Fransa və İspaniya səfirlikləri da vətəndaşlarına evlərini tərk etməmələri barədə tövsiyə veriblər.
Bundan əlavə, Fransa səfirliyi Bamako yaxınlığındakı Kati bölgəsində vəziyyətin gərginləşməsi barədə xəbərdarlıq edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Bamako







Vaxtında, Aydın, Lazımlı!


