Polşa Belarusu tərk edənlərə qapılarını açdı

Polşa Belarusu tərk edənlərə qapılarını açdı
  18 Avqust 2020    Oxunub:3457
Polşa Belarusu tərk etmək istəyən vətəndaşların sərhədi tez keçmələrinə fürsət verir.
Azvision.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər nazirinin müavini Marcin Pşidaç deyib.

"Biz konsullarımızdan təhdid olduqda, mümkün qədər çox viza verilməsini istədik. Sərhəddən müvafiq sənədlər olmadan keçmək istəyənlər var. Siyasi səbəblərə görə ölkələrini tərk etməli olan insanlar üçün belə sürətli yol açdıq və bu, təhlükə hiss edən hər kəs üçün açıqdır”,- deyə nazir müavini əlavə edib.

Onun sözlərinə görə, son günlərdə belə kömək istəyən və dəstək alan insanlarla bağlı nümunələr var.

Nazir müavini, həmçinin vurğulayıb ki, bu, çağırış deyil, problemlər yarandıqda yalnız bir zəmanətdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Polşa  



Xəbər lenti