ÜST rəsmisi: “İmmunitet kömək etməyəcək”

  ÜST rəsmisi:  “İmmunitet kömək etməyəcək”
  18 Avqust 2020    Oxunub:4379
Koronavirusla mübarizə aparmaqda kollektiv immunitet kömək etməyəcək, virusun yayılmasının məhdudlaşdırılması üçün tədbirlər görülməlidir.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sağlamlıq və fövqəladə hallar üzrə direktoru Maykl Rayan bildirib.
Onun sözlərinə görə, hazırda dünya əhalisi xəstəliyi dayandırmağa imkan verəcək immunitet səviyyəsinə çatmayıb.

"Virusun yayılmasını məhdudlaşdırmaq üçün nə edilməli olduğuna diqqət yetirməliyik. Kollektiv immunitetin bizim xilasımız olacağı ümidi ilə yaşamamalıyıq. İndi bu həll deyil”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti