Boliviya da nüvə reaktoru inşa edəcək

  23 Yanvar 2014    Oxunub : 371
Boliviya da nüvə reaktoru inşa edəcək
Dinc məqsədlər üçün nəzərdə tutulan obyektin tikintisinə bu il başlanacaq
Prezident Evo Morales parlament qarşısında ötən illə bağlı hesabat verərkən belə bəyan edib. Onun sözlərinə görə, bu reaktorun hazırlanaraq istifadəyə verilməsinə 10 il vaxt tələb olunur. O, eyni zamanda Boliviyanın ən yaxşı alimlərinin daxil olacağı atom enerjisi üzrə yüksək səviyyəli milli komissiya yaradılacağını da açıqlayıb. Mütəxəssislər xarici ölkələrdə bu istiqamətdə təcrübə keçəcək. Morales, bu işdə ölkəsinə Fransa və Argentinanın yardımçı olacağını da deyib.

AzVision.az

Teqlər: