“Avro-2022”: Millimiz “A” səbətində yer aldı

   “Avro-2022”:    Millimiz “A” səbətində yer aldı
  19 Avqust 2020    Oxunub:4697
Sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında futzal üzrə “Avro-2022”nin seçmə qrup mərhələsinin püşkü atılacaq.
Azvision.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb. Millimiz “A” səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda yer alıb. Norveç D səbətindədir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E qrupunda cəmləşiblər.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə bir başa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək.

“Avro-2022”nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

Azvision.az


Teqlər: Milli   Avro-2020  





Xəbər lenti