“Sağlam Düşüncə” onlayn səsvermə ilə sədr seçdi
"Sağlam Düşüncə" Gənclər Təşkilatında növbəti iki il ərzində fəaliyyət göstərəcək sədr vəzifəsinə 3 nəfər, İdarə Heyətinə 7 nəfər və Nəzarət-Təftiş Komissiyasına 2 nəfər üzv namizədliyini irəli sürüb. Təşkilatın 58 nəfər tam hüquqlu üzvündən 55 nəfəri səsvermə hüququndan istifadə edib. Buna əsasən, Orxan Bayramov təşkilatın yeni sədri müəyyən olunub. Cavid Nəbizadə, Əli Eminli, Əminə Abdullayeva və Rəşid Abbasov səs çoxluğu ilə İdarə Heyəti üzvləri seçiliblər. Müşəfərim Məmmədova və Sevinc Qasımova isə növbəti 2 ildə Nəzarət-Təftiş Komissiyası üzvləri olaraq fəaliyyət göstərəcəklər.
Səsvermə prosesinin ardınca səslərin hesablanması zamanı təsisçi Ramiz Əliyev tərəfindən təşkilatın nizamnaməsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verilib və səsə qoyularaq qəbul edilib.
Teqlər: