Muzdlu işçilərə ikinci dəfə maliyyə dəstəyi göstərilir
Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur. Avqustun 19-u tarixinə 2-ci mərhələ çərçivəsində 228 175 muzdlu işçini əhatə edən 22 603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 milyon manat köçürülüb.
Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 12 177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.
Bununla yanaşı, aprel-may-iyun ayları ərzində işçilərinin hamısını (1 666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.
İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107 191 fərdi (mikro) sahibkara 76 milyon manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.
Azvision.az
Teqlər: Maliyyə İqtisadiyyat