2020-ci ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,9 faiz, real ifadədə isə 14 faiz azalaraq 911,9 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,6 faiz), Türkiyəyə (19,4 faiz), İsveçrəyə (10,5 faiz), Gürcüstana (8,4 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1 faiz), Belarusa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.