Belarus XİN rəhbərinin ailəsi təhdid olunur

Belarus XİN rəhbərinin ailəsi təhdid olunur
  20 Avqust 2020    Oxunub:2751
Belarusun Xarici İşlər naziri Vladimir Makey ailəsinin anonim təhdidlər aldığını deyib.
Azvision.az -ın məlumatına görə, nazir bildirib ki, məmura qarşı təhdidləri başa düşmək olar, lakin ailəyə, azyaşlı uşaqlara təhdidlər "demokratiya" anlayışına uyğun gəlmir.

On bir yaşlı oğlunun göz yaşları içində olduğunu deyən XİN rəhbəri əlavə edib ki, buradan demokratiya qoxusu gəlmir.

“Buradan qətliam və qisas qoxusu gəlir”, - Belarusun XİN rəhbəri vurğulayıb

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  



Xəbər lenti