Müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir
E. Nəsibov pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib.
Təhsil Nazirliyinin ölkədəki sanitar-gigyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin, ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib. Təhsil nazirinin müşaviri "ARB Günəş" və "Mədəniyyət" kanallarının efirində təşkil olunan, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu deyib.
Nazirlik rəsmisi bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını vurğulayıb.
Azvision.az