Ombudsman Pakistan rəsmiləri ilə görüşdü
Müvəkkil iki ölkənin Ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələrinə toxunaraq qurumlar arasında imzalanan Anlaşma Memorandumunun hər iki ölkənin vətəndaşlarının hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə böyük töhfə verdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Ombudsmanının vitse prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyası uzaq şərq və Asiya ölkələrində fəaliyyət göstərən Ombudsman təsisatları arasında güclü əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. Sözügedən Assosiasiyanın fəaliyyətindən danışan Müvəkkil bu qurumun uzun illərdir ki, rəhbərliyini həyata keçirən Pakistan Federal Ombudsmanının qurumun inkişafındakı xüsusi rolunu vurğulayıb.
Səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirən Navid Anjum ölkələrimizin sülhsevər siyasətinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, daim sülhün, əmin-amanlığın və insan hüquqlarının təmini uğrunda fəaliyyətə üstünlük verilməsi mühüm əhəmiyyətə malikdir. O, habelə Azərbaycan Ombudsman institutunun ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi və təmini sahəsindəki çoxşaxəli fəaliyyətini izlədiyini və ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdirilməsinin böyük önəmə malik olduğunu deyib.
Görüş zamanı hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: