“Ölkəmizdə Ukrayna ssenarisini istəmirik” - Sabiq namizəd

“Ölkəmizdə Ukrayna ssenarisini istəmirik” -  Sabiq namizəd
  21 Avqust 2020    Oxunub:2868
Belarusda prezidentliyə keçmiş namizəd Valeri Tsepkalo ölkə üçün "Ukrayna ssenarisi"nin təkrarlanmasını istəmədiyini söyləyib.
Azvision.az xəbər verir ki, Varşavada mətbuat konfransı keçirən sabiq namizədin sözlərinə görə, artıq mediada Belarusda çevriliş ola biləcəyinə dair cəhdlər müşahidə olunur.

“Biz Ukrayna ssenarisini istəmirik, bu vəziyyətdə mən öz adıma danışa bilərəm, digər bütün namizədlərin adından danışa bilmərəm”, - deyə Tsepkalo əlavə edib.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun ilkin qələbəsi elan edildikdən sonra kütləvi etirazlar başlayıb.

MSK-nın məlumatına görə, Lukaşenko səslərin 80,1%-ni qazanıb. Müxalifət seçkidə hazırkı prezidentin deyil, Tixanovskayanın qalib gəldiyini hesab edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti