Mərkəzi Bank 100 milyon cəlb edir

Mərkəzi Bank 100 milyon cəlb edir
  21 Avqust 2020    Oxunub:2369
Avqustun 24-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir.

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26 - 6,74 faiz təşkil edir.

Azvision.az



Teqlər: Manat   AMB  





Xəbər lenti