“Rusiya ilə münasibətləri saxlamalıyıq” - Lukaşenkonun rəqibi

“Rusiya ilə münasibətləri saxlamalıyıq” -  Lukaşenkonun rəqibi
  21 Avqust 2020    Oxunub:2829
Müxalifət dünya birliyi tərəfindən Svetlana Tixanovskayanın respublikanın qanuni seçilmiş prezidenti kimi tanınmasına nail ola bilmədi.
Azvision.az xəbər verir ki, bunu Belarus prezidentliyinə keçmiş namizəd Valeri Tsepkalo mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Svetlananın qanuni seçilmiş yeganə prezident kimi tanınmasına müvəffəq ola bilmədik.

“Svetlananın özü belə ambisiyalarını bəyan etməməsinə baxmayaraq, biz bunu etdik. Səbəbləri anlayırıq, niyə bu barədə danışa bilmədiyini başa düşürük, amma yenə də biz Belarusda prezident seçkiləri keçirildikdən sonra da bu xətti davam etdirməyə çalışdıq", - deyə Tsepkalo bildirib.

O, Belarusda mövcud hökumətin dəyişdirilməsindən sonra Minskin Rusiya ilə əla münasibətlərini davam etdirməli olduğunu söyləyib və əlavə edib ki, Rusiya Belarusun əsas tərəfdaşı olaraq qalır.

"Hesab edirik ki, Rusiya ilə yaxşı münasibətlərimizi saxlamalıyıq. Əlbəttə ki, Rusiya ilə əla münasibətlərimiz olmalıdır. Bizim başqa yolumuz yoxdur, Rusiya həm siyasət, həm iqtisadiyyat, həm də sosial münasibətlər sahəsində ən vacib tərəfdaşımızdır, bizim çox yaxşı əməkdaşlıq paketlərimiz var".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti