“Vətənimi çox sevirəm və qayıtmaq istəyirəm” - Tixanovskaya

“Vətənimi çox sevirəm və qayıtmaq istəyirəm” -  Tixanovskaya
  21 Avqust 2020    Oxunub:2783
Prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya özünü təhlükəsiz hesab etdiyi zaman Belarusa qayıdacağını deyib.
Azvision.az xəbər verir ki, bu barədə hazırda Litvada olan Tixanovskaya mətbuat konfransında bildirib.

"Vətənimi çox sevirəm və həqiqətən qayıtmaq istəyirəm. Özümü təhlükəsiz hiss etdiyim zaman mütləq Belarusa qayıdacağam", - deyə xanım siyasətçi əlavə edib.

Xatırladaq ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun qələbəsi elan edildikdən sonra ölkədə kütləvi etirazlar başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Tixanovskaya  





Xəbər lenti