Tixanovskayanın mətbuat konfransında insident

Tixanovskayanın mətbuat konfransında insident
  21 Avqust 2020    Oxunub:2772
Litva polisi keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın mətbuat konfransına gələn Belarus müxalifətinin rəqibini saxlayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, cəmi 15 dəqiqə davam edən mətbuat konfransı başa çatdıqdan sonra Tixanovskaya salondan çıxarkən, orada olanlardan biri onun prezident seçkilərində qalib gəlmədiyini ucadan elan etməyə başlayb.

"Bütün bunlar uydurmadır, yalan yaymağı dayandırın", - deyə kimliyi məlum olmayan kişi bildirib.

O, Litva nəşrlərindən birinin Tixanovskayanın səslərin yalnız 13%-ni qazandığı barədə məlumatlarına istinad edib.

Təşkilatçılar dərhal polis çağırıb. Onu oteldən çıxararaq polis bölməsinə aparıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mətbuat-Konfransı  





Xəbər lenti