“Məsuliyyətsizlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəyib” - Prezident

  “Məsuliyyətsizlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəyib” -    Prezident
  21 Avqust 2020    Oxunub:4108
Bütün bu müsbət nəticələrə baxmayaraq, onu da qeyd etməliyəm ki, əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılmışdır. Vaxtında təmir işləri aparılmamışdır. Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmayıb.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra energetiklərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğrayıb və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilib:

"Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanmışdır. “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin.

Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəymişdir. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilib".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti