Putin Təhlükəsizlik Şurasını topladı, Belarus müzakirə olundu

Putin Təhlükəsizlik Şurasını topladı, Belarus müzakirə olundu
  21 Avqust 2020    Oxunub:2970
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Belarusdakı vəziyyəti müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

O deyib ki, Prezident bu həftə baş tutan və əsasən Belarusdakı vəziyyətin müzakirə olunduğu bir sıra beynəlxalq telefon əlaqələri barədə iclas iştirakçılarına hərtərəfli məlumat verib.

Peskov xatırladıb ki, həftə ərzində Putin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Türkiyə Prezidenti Tayyib Ərdoğanla telefon danışığı aparıb.

"Belarusun işlərinə hər hansı bir kənar müdaxilənin qəbuledilməzliyi və bütün daxili problemlərinin bu ölkə rəhbərliyinin vətəndaşlarla dialoq yolu ilə həll etməsinin alternativlərin olmaması vurğulandı", - deyə mətbuat katibi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti