Koronavirusa yoluxanların sayı 23 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 23 milyonu keçdi
  22 Avqust 2020    Oxunub:4280
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 23 milyon nəfəri ötüb.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 23 milyon 17 min 350, pandemiya qurbanlarının sayı isə 799 min 761 nəfərə çatıb.

İndiyədək 15 milyon 631 min 145 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti