Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən
Azvision.az -a bildirilib ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Man” və “Volvo” markalı yük avtomobilləri saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən müxtəlif adda 29 ədəd inyeksiya vasitəsi və 5 ədəd aksesuarları ilə birlikdə “OnePlus 7 Pro 256 GB” markalı mobil telefon aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Azvision.az