Məhsulların və xidmətlərin dəyəri azalıb

Məhsulların və xidmətlərin dəyəri azalıb
  22 Avqust 2020    Oxunub:6494
Yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 25,6 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 7 faiz azalaraq 24,7 milyard manata bərabər olub. Onun 48,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 367,4 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 20,3 manat az vəsait xərcləyib.

Azvision.az


Teqlər: Məhsul   Xidmət  





Xəbər lenti