"Bavariya" Çempionlar Liqasının qalibi oldu

Həlledici görüşdə Fransa çempionu PSJ ilə Almaniya çempionatının qalibi "Bavariya" üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol matçın taleyini həll edib. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Bavariya" tarixində 6-cı ÇL kubokunu qazanıb.
Azvision.az