Naxçıvanın xarici ticarət dövriyyəsi

Naxçıvanın xarici ticarət dövriyyəsi
  24 Avqust 2020    Oxunub:4173
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-iyul aylarında 256 milyon 878 min 100 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 223 milyon 138 min 900 ABŞ dolları təşkil edib, 189 milyon 399 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Azvision.az


Teqlər: Naxçıvan   İxrac  





Xəbər lenti