COVID-19 qurbanlarının sayı 814 mini ötdü

   COVID-19 qurbanlarının sayı 814 mini ötdü
  25 Avqust 2020    Oxunub:3119
Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 814 mini keçib.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 23 milyon 707 min 399, pandemiya qurbanlarının sayı isə 814 min 374 nəfərə çatıb.

İndiyədək 16 milyon 143 min 600 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti