3506 nəfər müəllim olmaq üçün imtahan verir

3506 nəfər müəllim olmaq üçün imtahan verir
  25 Avqust 2020    Oxunub:5563
Avqustun 25-də Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, imtahanlarda 3506 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Azvision.az



Teqlər: Müəllim   İşəqəbul  





Xəbər lenti