Ermənistanda daha 111 nəfər koronavirusa yoluxdu

 Ermənistanda daha 111 nəfər koronavirusa yoluxdu
  25 Avqust 2020    Oxunub:2006
Ermənistanda son sutka ərzində daha 111 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Azvision.az “Sputnik-Ermənistan”a isrtinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 42 936 nəfərə yüksəlib.

Ermənistanda virusdan bir gündə 4 nəfər ölüb, ölənlərin ümumi sayı 858 nəfərdir. İndiyədək 36 475 nəfər sağalıb. Koronavirusa yoluxub, digər xəstəliklərdən ölənlərin sayı isə 260 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti