Rusiya Navalnının zəhərlənməsi iddialarına cavab verdi

 Rusiya Navalnının zəhərlənməsi iddialarına cavab verdi
  25 Avqust 2020    Oxunub:2750
Rəsmi Kreml bloger Aleksey Navalnının zəhərlənməsi ilə əlaqəli iddiaları yalan və boş səs-küy adlandırıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Aleksandr Peskov deyib. Onun sözlərinə görə, buna ciddi yanaşmaq lazım deyil.

Daha əvvəl Berlindəki “Charite” klinikası Navalnının zəhərləndiyini təsdiqləyib.

“Biz səsləndirilən ittihamları ciddi qəbul edə bilmərik. Bunlar tamamilə həqiqətə uyğun olmayan və boş səs-küydür. Ona görə də biz buna ciddi yanaşmaq niyyətində deyilik", Peskov deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Berlin   Rusiya  



Xəbər lenti