51 nəfəri öldürən terrorçu ömürlük həbs olundu

 51 nəfəri öldürən terrorçu ömürlük həbs olundu
  27 Avqust 2020    Oxunub:2871
15 mart 2019-cu il tarixində Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə etdiyi silahlı hücumda 51 nəfərin ölümünə və 49 nəfərin yaralanmasına səbəb olan avstraliyalı terrorçu Brenton Tarrant ömürlük həbs cəzasına məhkum edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tarrant 51 qətl və 40 nəfərin öldürülməsində, habelə terrorçuluqda günahkar bilinib. Məhkəmə onu vaxtından əvvəl azad edilmə hüququndan məhrum edib.

Hakim Kemeron Mander qərarı açıqlamadan öncə terrorçuya xitabən "Sən mərhəmətsizsən. Yaralıların canının bağışlanma fəryadını belə dinləmədin. Ölənə qədər həbsdə qalsan belə, bu sənə verilməli olan cəzaya bəs etməz. Sən yalnız qatil deyilsən, həm də Yeni Zelandiyanın həyat tərzinə hücum edən bir terrorçusan",-deyib.

Tarrant müdafiəsi ilə bağlı ifadə verməyib, ona qarşı irəli sürülən bütün ittihamları etiraf edib və çıxışı vəkil vasitəsilə oxunub. Terrorçu Tarrantın cəzası Yeni Zelandiya tarixində indiyə qədər ən ağır cəza olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Terror   həbs   YeniZelandiya  



Xəbər lenti