"Belarusda hələ Rusiya qüvvələrinə ehtiyac yoxdur" - Putin

 "Belarusda hələ Rusiya qüvvələrinə ehtiyac yoxdur" -  Putin
  27 Avqust 2020    Oxunub:4234
"Belarusda hələ Rusiya qüvvələrinə ehtiyac yoxdur".
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin aparıcı Sergey Birlyova müsahibəsində deyib. O əlavə edib ki, Minskdə də bununla razıdırlar. Rusiya liderinin sözlərinə görə, respublikada vəziyyət düzəlir və təhlükəsizlik qüvvələri kifayət qədər təmkinlidir.

Putin Moskvanın baş verənlərə avropalılardan və amerikalılardan daha neytral reaksiya verdiyini qeyd edib.

"Aleksandr Qriqoryeviç məndən hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat yaratmağımı istədi. Mən də bunu etdim. Ancaq ondan vəziyyət nəzarətdən çıxmayana qədər istifadə edilməyəcəyinə razılaşdıq".

Bununla yanaşı, o, Moskvanın Belarusda problemlərin sülh yolu ilə həllinə ümid etdiyini vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus  



Xəbər lenti