"Ən az riskli model haqqında fikirləşməliyik" - Təhsil naziri

 "Ən az riskli model haqqında fikirləşməliyik" -    Təhsil naziri
  27 Avqust 2020    Oxunub:4192
Hazırda dünyada 134 ölkədə təhsilin başlanması ilə bağlı qərarlar verilir. 63 ölkədə məktəblər açılıb, 55 ölkədə tarix elan edilib, 39 ölkədə bu tarixlə bağlı qərar yoxdur. Bu məsələ Azərbaycanda olduğu kimi, dünyanın bir çox ölkələrində müzakirə olunur.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, pandemiya şəraitində ən uyğun və ən az riskli model haqqında fikirləşməliyik.

“Təhsil sistemi özündə bir neçə milyon insanın gün ərzində hərəkətini və ünsiyyətini ehtiva edir. Təhsil müəssisələrinin açılması virusun yayılmasına təsir edən faktor kimi nəzərə alınmalıdır. Lakin ölkənin təhsili onun gələcəyidir və iqtisadiyyatıdır. Təhsil alanlara öyrənmə prosesinin təşkil edilməsi vacibdir və bu, təmin edilməlidir. Ən səmərəli və düzgün qərarların verilməsi istiqmaətində fikir mübadiləsi aparılıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti