Ali məktəblərdə distant təhsilə başlanılır

Ali məktəblərdə distant təhsilə başlanılır
  27 Avqust 2020    Oxunub:4524
Ali təhsil müəssisələrində sentyabrın 15-dən distant təhsilin başlanması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, 1 oktyabr tarixindən I kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən ali təhsil müəsissələri ilə tanışlığı məqsədilə dərsə gəlməsi planlaşdırılır.

“15 oktyabr tarixindən isə bəzi ixtisaslar üzrə, məsələn, tibb, laborator müayinəsi üzrə əyani təhsilin müəyyən protokollar əsasında keçilməsi planlaşdırılır. 2 noyabr tarixindən isə qərar fərqli verilə bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Universitet   Təhsil  





Xəbər lenti