Şagird sayı çox olan siniflər qruplara bölünəcək

Şagird sayı çox olan siniflər qruplara bölünəcək
  27 Avqust 2020    Oxunub:4371
Ölkədə fəaliyyət göstərən 4439 məktəbdən 182-də 1500 və daha çox şagird təhsil alır. Digər məktəblərdə şagird sayı aşağıdır. 53 faiz məktəbdə şagird sıxlığı 200 nəfərdən azdır.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, 338 sinifdə şagird sayı 40-dan yuxarıdır.

“Bu siniflərdə şagird sayının 2 və ya 3 qrupa bölünərək tədrisin təşkil olunması müzakirə edilir. Şagird sayının 30 nəfərdən az olduğu siniflər 93,3 faiz təşkil edir. Şagird sıxlığı bizdə ümumilikdə problem deyil. Bu problemlər Bakı, Abşeron rayonunda müşahidə edilir ki, müvafiq planlar əsasında tədrisin təşkil edilməsi pllanlaşdırılır”.

Azvision.az


Teqlər: Məktəb   şagird   sıxlıq  





Xəbər lenti