Kütləvi yoluxma olan məktəblər distant təhsilə keçəcək

 Kütləvi yoluxma olan məktəblər distant təhsilə keçəcək
  27 Avqust 2020    Oxunub:4141
Əgər məktəblərdə kütləvi yoluxmalar olarsa, məktəblərin açılıb bağlanmaları ilə bağlı qərar lokal xarakterli olacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, əgər tədrisə başlandıqdan sonra məktəbdə yoluxma olarsa, həmin məktəbdə tədrisin ənənəvi formadan distant və ya onlayn təhsilə keçirilməsi mümkün ola bilər.

“Əgər ərazidə yoluxma halı və risk olmazsa, orada tədrisin ənənəvi formaya keçidi mümkün ola bilər”.

Azvision.az




Teqlər: Təhsil   məktəb  





Xəbər lenti